İstanbulda bir gündə 11 nəfər saxta spirtli içkidən zəhərlənib. Ümumilikdə 38 nəfər zəhərlənmə ilə bağlı həkimə müraciət edib, onlardan 26-sı əcnəbi olub.
QHT.az xəbər verir ki, bundan əvvəl Türkmənistanın yeddi vətəndaşının saxta spirtli içkidən zəhərlənərək öldüyü bildirilirdi. Hadisə ilə bağlı “qəsdən adam öldürməyə cəhd” maddəsi də daxil olmaqla cinayət işi açılıb, iki şübhəli şəxs saxlanılıb. Televiziya şirkətinin məlumatına görə, onlar Türkmənistan vətəndaşlarıdır.
İstanbul səlahiyyətliləri daha əvvəl metropolda 1,5 ay ərzində 50-dən çox insanın saxta spirtli içki içərək öldüyünü bildirmişdi.
R.İmanov