AZ

Telekanallarda plastik cərrahlara qadağa qoyulub?

"Plastik cərrahların televiziya və radio kanallarının efirinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat həqiqəti əks etdirmir".

Publika.az apa-ya istinadla xəbvər verir ki, bunu Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.

O qeyd edib ki, hər bir yayımçı efirə dəvət etdiyi şəxs və qonaq ilə bağlı özü məsuliyyət daşıyır: "Bu məqsədlə, həmişə olduğu kimi, kanallar efirə hər hansı bir sahədə fəaliyyət göstərən həkimləri dəvət edəndə onlardan fəaliyyət sahələri üzrə malik olduqları sertifikat və ya lisenziyasının olmasına diqqət yetirirlər. Belə sənədi olmayan şəxslər efirə buraxılmır. Son zamanlar da mediada, o cümlədən sosial media səhifələrində plastik cərrahlarla bağlı yayılan məlumatlar televiziya və radio yayımçılarını bu mövzuda diqqətli olmağa vadar edir".

Seçilən
0
26
publika.az

10Mənbələr