AZ

Ağ Şəhərdə mənzildə baş verən partlayış zamanı xəsarət alanların sayı və vəziyyəti AÇIQLANDI (VİDEO)

Bakı. Trend:

Ağ Şəhərdə mənzildə baş verən partlayış zamanı iki nəfər xəsarətalıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumatverilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi YardımMərkəzinə 15 yanvar tarixində saat 14:30 radələrində Xətai rayonu,N.Gəncəvi parkı ünvanından partlayış baş verməsi səbəbilə çağırışdaxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlbolunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 35 yaşlı şəxs (kişicinsli) tüstüdən zəhərlənmə səbəbilə ilə Kliniki Tibbi MərkəzinToksikologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırqiymətləndirilir.

Hadisə nəticəsində yanıq xəsarətləri alan 52 yaşlı şəxs isə(qadın cinsli) Nərimanov Tibb Mərkəzinin nəzdində olan YanıqMərkəzinə hospitalizasiya olunub.

Ona üzün, hər iki qulaq seyvanlarının, gövdənin, bud və baldırınarxa səthinin II və III dərəcəli yanığı diaqnozu təyin edilib.

Hazırda xəsarət alan şəxsin müalicəsi Reanimasiya şöbəsindədavam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir",-deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisindəmənzildə partlayış hadisəsi baş verib. Partlayış zamanı baş vermişyanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindəngenişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Seçilən
0
17
az.trend.az

10Mənbələr