İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi HAMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib.
APA xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
“Məlumatların əksinə olaraq, HAMAS hələ də razılaşmaya öz cavabını verməyib”, - Baş nazirin ofisi qeyd edib
17:30
HAMAS Qəzzada atəşkəs və girovların qaytarılması bağlı razılaşmaya "yaşıl işıq" yandırıb.
APA xəbər verir ki bu barədə İsrail rəsmiləri “Jerusalem Post”a bildiriblər.
“HAMAS razılaşmanı davam etdirmək üçün "yaşıl işıq" yandırıb”, - məlumatda qeyd edilib.
Rəsmilər bunu əhəmiyyətli irəliləyiş və bu gecə və ya sabah yekun razılaşmaya nail olmaq cəhdi kimi dəyərləndirib.