AZ

10-cu sinif şagirdi qaçırıldı - Cinayət işi

13:15 16.01.2025
13:15 16.01.2025

Goranboyda həddi-buluğa çatmamış 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb. Mynews.az  xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Goranboy şəhərində qeydə alınıb. Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Diləfruz Məmmədova (şərti ad) rayonun Səfikürd kənd sakini olan 21 yaşlı sevdiyi oğlan tərəfindən evlənmək məqsədilə qaçırılıb. Xatırladım ki, Azərbayca Respublikasının Qanunlarına görə erkən yaşda evlilik qadağandır.

Faktla bağlı Goranboy rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və rayon Polis Şöbəsində araşdırma başlanıb.


Seçilən
4
10
mynews.az

10Mənbələr