AZ

Britaniya Ukraynada hərbi bazalarının yerləşdirilməsini nəzərdən keçirir

Bakı. Trend:

London Ukrayna ərazisində müdafiə obyektlərinin yerləşdirilməsi,o cümlədən hərbi bazaların qurulması imkanlarını araşdırır.

Trend-inməlumatına görə, bu barədə Böyük Britaniya hökuməti mətbuatxidmətinin baş nazir Key Starmerin Kiyevə səfərindən sonra dərcetdiyi sənəddə deyilib.

"Britaniya və Ukrayna texnoloji imkanlarını genişləndirmək,hərbi ehtiyaclarını birgə müəyyənləşdirmək və birgə istehsal olunantexnologiyaların çeşidini genişləndirmək üçün əməkdaşlıqedəcəklər", - deyə iki ölkə arasında yüzillik tərəfdaşlıq haqqındabəyannamədə bildirilib.

Qeyd olunub ki, bəyannamənin iştirakçıları “Ukrayna ərazisindəhərbi bazaların, logistika anbarlarının, hərbi ehtiyatanbarlarının, avadanlıqların və ləvazimatların yerləşdirilməsi vəsaxlanması” imkanlarını araşdıracaqlar.

Məqalədə:
Seçilən
60
11
az.trend.az

10Mənbələr