AZ

Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət məhkəməyə verildi - Keçmiş prezident işə bərpa olunmasını tələb edir

"Balakhani Operating Company LTD" şirkətinin Azərbaycandakı filialı məhkəməyə verilib.

 

Pravda.az-ın xəbərinə görə, şirkətlə bağlı Yasamal Rayon Məhkəməsinə müraciəti qurum keçmiş prezidenti Walker James Alan edib.

 

Mahiyyəti işə bərpa və əmək haqqı tələbi üzrə mübahisə olan iş hakim Aydan Oruclunun icraatındadır. Növbəti baxış iclası yanvarın 28-də keçiriləcək.

 

Qeyd: 2011-ci ildə dövlət qeydiyyatına alınan "Balakhani Operating Company LTD"nin hazırki qanuni təmsilçisi Rövşən Cəlil oğlu Rzayevdir.

 

Xəyal Quliyev

Tarix: 18 Yanvar 2025, 09:01   
Seçilən
11
5
pravda.az

6Mənbələr