AZ

ABŞ-də "TikTok" bağlanır

"TikTok" sosial şəbəkəsi prezident Co Baydenin administrasiyası tərəfindən qüvvəyə minən qadağaya görə yanvarın 19-da ABŞ-də fəaliyyətini dayandıracaq.

Milli.Az xəbər verir ki, bu həftə ABŞ-də təxminən 170 milyon istifadəçi auditoriyası olan "TikTok" ABŞ-də fəaliyyətini dayandıracağını bildirib. Bildirilib ki, indiki hakimiyyət orqanlarından fəaliyyətini davam etdirməyin onun və tərəfdaşlarının cərimələnməsi ilə nəticələnməyəcəyinə dair heç bir zəmanət verilməyib.

Yanvarın 19-da "TikTok" istifadəçilərinin servisə girişinin kəsiləcəyi və mobil tətbiqin "Apple" və "Google" tətbiq mağazalarından silinəcəyi gözlənilir.


Milli.Az

Seçilən
12
50
milli.az

10Mənbələr