AZ

Cəlal Hüseynov qeyri-adi antirekord müəllifi oldu

Futbol üzrə Azərbaycan millisinin və “Şamaxı”nın mərkəz müdafiəçisi Cəlal Hüseynov 2025-ci ilin ilk avtoqolunun müəllifi olub.

Arena.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 19-cu turunun “Qarabağ”la səfər oyununda (2:3) öz qapısına qol vurub.

Bununla da Cəlal Azərbaycan çempionatlarının 33 illik tarixində yeni antirekord müəllifi olub. O, eyni komandanın heyətində eyni rəqiblə iki fərqli mövsümdə avtoqol edən ilk futbolçudur.

Cəlal Hüseynov 2022/2023-cü illər mövsümündə – 2022-ci il oktyabrın 30-da “Şamaxı” – “Qarabağ” görüşündə (0:4) də avtoqol etmişdi.

O, eyni komandaların iki fərqli oyununda öz qapısına qol vuran ümumilikdə 3-cü futbolçudur. Amma digər iki oyunçu bu uğursuzluğu eyni mövsümdə yaşayıb. Jayro Rodriges “Neftçi”nin “Qarabağ”la 2016/2017, Murad Xaçayev “Sumqayıt”ın “Sabah”la 2023/2024 mövsümündəki iki görüşündə qapıları “səhv salıb”.

Seçilən
9
7
arena.az

10Mənbələr