AZ

Türkiyədən Qazaxıstana avtomobil ixracında azalma qeydə alınıb

Bakı. Trend:

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin Qazaxıstanaavtomobil ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 38,6 faizazalaraq, 116 milyon 738 min 3 dollara bərabər olub.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Qazaxıstana 12 milyon 658min 65 dollar məbləğində avtomobil ixrac edib ki, bu da 2023-cüilin dekabr ayı ilə müqayisədə 12,5 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyəninavtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faizartaraq, 37 milyard 211 milyon 661 min dollara bərabər olub.

“2024-cü ilin dekabr ayında Türkiyə 3 milyard 487 milyon 428 mindollar məbləğində avtomobil ixrac edib ki, bu da 2023-cü ilindekabr ayı ilə müqayisədə 10 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr2023-dekabr 2024) Türkiyə 37 milyard 211 milyon 661 min dollarməbləğində avtomobil ixrac edib.

Məqalədə:
Seçilən
25
34
az.trend.az

10Mənbələr