AZ

Bayden və Tramp andiçmədən əvvəl Ağ evdə görüşüblər

Bakı, 20 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Co Baydenlə yeni seçilmiş prezident Donald Tramp Ağ evdə görüşüblər.

AZƏRTAC-ın məlumatına görə, Bayden xələfini Ağ evin şimal qapısında birinci xanım Cill Baydenlə qarşılayıb. Bayden öz xanımı Melani ilə birgə gələn Donald Trampı “evinə xoş gəldin”, deyə içəri dəvət edib. İki lider Ağ evdə çay süfrəsi arxasında müzakirələr aparıb və daha sonra eyni avtomobildə Kapitol binasında keçirilən andiçmə mərasiminə yollanıblar.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
19
50
azertag.az

10Mənbələr