AZ

Qadın voleybolçular arasında VII turun oyunları keçiriləcək

Qadın voleybolçular arasında Yüksək Liqada bu gün VII turun oyunları keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 16:00-da “Murov Az Terminal”, "Azərreyl"lə, 18:00-da isə “Milli Aviasiya Akademiyası” “Gəncə” ilə qarşılaşacaq.

Digər görüş UNEC və “Abşeron” arasında baş tutacaq. UNEC Voleybol Klubunun idman zalında keçiriləcək matç saat 17:00-da başlayacaq.

Seçilən
24
35
bakivaxti.az

10Mənbələr