“Atamın vəziyyətində heç bir dəyişiklik yoxdur”.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin qızı Ayfər Feyziyeva deyib.
O bildirib: “Artıq 6 gündür. Həkimlər əllərindən gələni edirlər. Çox təəssüf, hələ də ayılmayıb. Möcüzə gözləyirik, başqa heç nə”.
Xatırlatma ki, Nizaməddin Şəmsizadə hazırda "Baku Medical Plaza"nın reanimasiya şöbəsindədir. O, uzun müddətdir, dializ və şəkər xəstəliyindən əziyyət çəkir.
Telegram kanalımız