AZ

Azərbaycanda işləmiş məşqçi birinci liqa KLUBUNDA

Türkiyənin "Esenler Erekspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, I Liqa təmsilçisini Bülent Korkmaz çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

56 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

"Esenler Erokspor" Mehmet Altıparmakla yollarını ayırıb. İstanbul klubu I Liqada 20 turdan sonra 26 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. 

Qeyd edək ki, Bülənt Qorxmaz bir ara ölkəmizdə “Bakı” klubunun baş məşqçisi olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
7
7
bizim.media

10Mənbələr