AZ

İran vətandaşları Türkiyədən 2 mindən çox daşınmaz əmlak alıb

Bakı. Trend:

2024-cü ilin yanvar-dekabr aylarında İran vətəndaşları Türkiyədə2 min 166 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eynidövrü ilə müqayisədə 2 min 106 obyekt azdır.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və DaşınmazƏmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, 2024-cü ilin dekabr ayında İran vətəndaşlarıTürkiyədə 239 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin dekabrayı ilə müqayisədə 34 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında Türkiyədə 212 min 637mənzil satın alınıb ki, bu da 2023-cü ilin dekabr ayı iləmüqayisədə 53,4 faiz çoxdur.

Məlumata görə, 2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədə1 milyon 478 min 25 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eynidövrü ilə müqayisədə 20,6 faiz çoxdur.

2024-cü ilin dekabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min418 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə17,2 faiz artıb.

2024-cü ilin yanvar – dekabr aylarında əcnəbi vətəndaşlarTürkiyədən 23 min 781 mənzil alıblar ki, bu da 2023-cü ilin eynidövrü ilə müqayisədə 32,1 faiz azdır.

Seçilən
30
8
az.trend.az

10Mənbələr