AZ

Ərəstun Oruclu: Tramp Çemberlenin səhvini edə bilər...

Trampın vəd etdiyi xarici siyasət, o cümlədən Rusiyaya güzəşt siyasəti dünyaya nə vəd edir?..

Siyasi-şərhçi: “Donald Trampın Rusiyaya güzəştə gedəcəyi hələ məlum deyil”.

“Nəzərə almalıyıq ki, Çemberlen təcrübəli siyasətçi idi. Tramp isə ümumiyyətlə siyasətçi deyil. Tramp sülh adına daha böyük müharibəyə rəvac yarada bilər”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Trampın xarici siyasətini Poliqon-a şərh edərkən qeyd edib.

Vəzifələrinn icrasına başlayan Trampın vəd etdiyi xarici siyasət, o cümlədən Rusiyaya güzəşt siyasəti dünyaya nə vəd edir? Qərbdə 1930-cu illərin sonunda Avropa liderlərinin, xüsusən də Çemberlenin buraxdığı səhvi hazırda Tramp buraxmırmı?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Respublikaçıların özlərinin arasında Rusiya qarşı olanlar kifayət qədər aktiv və nüfuzlu zümrədir. Onlar imkan verməzlər ki, nə Nümayəndələr Palatasında, nə də Senatda bu anlaşma keçsin”.

Trampın Rusiya ilə müəyyən kompramist varianta gedə biləcəyini proqnoz edən ekspert Poliqon-a bildirib ki, hər şey şəraitdən asılıdır:

Donald Trampın Rusiyaya güzəştə gedəcəyi hələ məlum deyil. Amma ümumi əhvaldan görünən odur ki, Tramp Ukraynanı dəstəkləmək istəmir. Çünki bu maliyyə xərcləridir və Tramp bu xərci üstündən atmaq istəyir. Trampın davası pul davasıdır. Bu səbəbdən əlbəttə ki, Rusiya ilə müəyyən kompromist varianta gedə bilər. Əgər ətrafındakılar buna imkan versələr. Çünki Trampın ətrafında kəskin Rusiyaya qarşı olanlar var. Məsələn, Dövlət Katibi postuna namizəd verilmiş senator Marko Rubio kəskin anti-Rusiya siyasətçisi sayılır. Eyni zamanda onun ətrafında başqa siyasətçilər də var ki, onlar da anti-Rusiya sayılır. Amma Rusiyaya loyal olanları da var.

Təbii, Tramp 1938-ci ildə Hitlerlə danışıqlarda Nevill Çemberlenin səhvini edə bilər. Nəzərə almalıyıq ki, Çemberlen təcrübəli siyasətçi idi. Tramp isə ümumiyyətlə siyasətçi deyil. Tramp sülh adına daha böyük müharibəyə rəvac verə bilər. Çemberlen Münhen konfransından gələndə deyirdi ki, mən dünyaya sülh gətirdim. Amma əslində başa düşmədi ki, çox böyük müharibəyə yol açıb və bu müharibə çox keçmədən başladı. Trampla da bu variant istisna deyil.

Ərəstun Oruclu: “Tramp sülh adına daha böyük müharibəyə rəvac verə bilər”.

Yenə deyirəm hər şey ondan asılıdır ki, Tramp buna nail ola biləcəkmi? Əlbəttə, Rusiya ilə istənilən anlaşma Konqresin hər iki Palatasından keçməlidir və mümkündür ki, bu razılaşma Konqresdən keçməsin. Ona görə ki, Respublikaçıların özlərinin arasında Rusiya qarşı olanlar kifayət qədər aktiv və nüfuzlu zümrədir. Onlar imkan verməzlər ki, nə Nümayəndələr Palatasında, nə də Senatda bu anlaşma keçsin.

Dediyim kimi hər şey şəraitdən asılıdır. Baxır Trampın komandasında nə dərəcədə sabit olacaq, o komandada kimlərin təsiri daha güclü olacaq və Palata buna necə münasibət bildirəcək. Amma o səhv istisna olunmur”.

Nərminə UMUDLU
Poliqon.info

 

Seçilən
20
50
poliqon.info

10Mənbələr