AZ

FHN: Saray qəsəbəsində silah-sursat aşkarlanıb

Bakı, 22 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Abşeron rayonunun Saray qəsəbəsi ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilən silah-sursatın döyüş tətbiqinə yararlı bir 9 millimetrlik Makarov tipli tapança, bir AKMS avtomatı, bir güllə sandığı, bir UDZ partladıcısı ilə RQN əl qumbarası və 90 ədəd 5,45 millimetrlik mərmi olduğu müəyyən edilib.

Aşkar edilən silah-sursat Xidmətin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Seçilən
8
50
azertag.az

10Mənbələr