AZ

Tramp ABŞ Sahil Mühafizəsinin ilk qadın admiralını vəzifədən uzaqlaşdırıb

ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası ABŞ Sahil Mühafizəsinin ilk qadın komandiri, admiral Linda Li Feyqanı tutduğu vəzifədən uzaqlaşdırıb.

Herbiand.az bildirir ki, onun işdən çıxarılmasına səbəb müxtəliflik məsələlərini ABŞ-ın sərhədlərinin təhlükəsizliyindən üstün tutması olub.

Ağ Ev və Daxili Təhlükəsizlik Departamenti bir sıra KİV-lərin sorğularına hələlik rəsmi cavab verməsə də, Fox News müxtəlif departamentlərdəki mənbələrin admiral Feyqanın vəzifəsindən uzaqlaşdırılması faktını təsdiqlədiyini iddia edir.

Daha əvvəl yeni administrasiyanın federal hökumətdə xərclərin azaldılması təşəbbüsünə rəhbərlik edən Donald Trampın müşaviri İlon Mask müxtəlifliyi, bərabərliyi və inklüzivliyi (DEI) təşviq edən siyasəti tənqid edib.

Donald Tramp federal dövlət qurumlarında DEI proqramlarını ləğv edəcəyinə söz verib.

Daxili Təhlükəsizlik Departamentinin yüksək səviyyəli rəsmisi Fox News-a deyib ki, admiral Feyqan bir sıra səbəblərə görə işdən çıxarılıb. Telekanalın həmsöhbəti bildirib ki, söhbət onun sərhəd təhlükəsizliyi təhdidlərini aradan qaldıra bilməməsi, yeni kadrların işə götürülməsi və mövcud kadrların saxlanılmasını təmin edə bilməməsi, satınalmaların səmərəsiz idarə olunması və müxtəliflik, bərabərlik və inklüziv təşəbbüslərə həddindən artıq önəm verilməsi ilə bağlıdır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
9
16
herbiand.az

10Mənbələr