Amerika prezidenti Donald Tramp Kanadadan gələn mallara 25% rüsum tətbiq etmək qərarına gələrsə, Birləşmiş Ştatlar Rusiya və Çindən resurslar almalı olacaq.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo deyib. Onun sözlərinə görə, Kanada Şimali Amerikada firavan və təhlükəsiz iqtisadiyyat yaratmaq üçün Birləşmiş Ştatlarla işləməyə hazırdır:
“Alternativ onların Rusiya, Çin və ya Venesueladan daha çox resurs alması olardı”.
Trüdo Kanadanın ABŞ-nin tariflərlə bağlı qərarına cavab verəcəyini vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az