AZ

Azərbaycanın meyvə-tərəvəz ixracı idxalı üstələyir

Bakı. Trend:

Ötən il Azərbaycandan 707,8 milyon ABŞ dolları dəyərində 686,2min ton meyvvə və tərəvəz ixrac olunub.

Trend-inDövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalaragörə, 2023-cü ildəki göstəricilərlə müqayisədə ixrac edilən meyvəvə tərəvəzin dəyəri 18,1 milyon ABŞ dolları (2,5%), həcmi isə 35,8min ton (5%) azalıb.

Hesabat dövründə meyvə və tərəvəzin ümumi ixracdakı payı cəmi2,67%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21,09%-əbərabər olub.

Həmçinin ötən il Azərbaycana ümumi dəyəri 281,8 milyon ABŞdolları olan 375 min ton meyvə və tərəvəz idxal olunub. 2023-cüildəki göstəricilərə nisbətən meyvə və tərəvəz idxalının dəyəri51,9 milyon ABŞ dolları (22,6%), həcmi isə 22,2 min ton (6,3%)artıb.

Hesabat dövründə meyvə və tərəvəzin ümumi idxaldakı payı 1,34%təşkil edib.

Beləliklə, 2024-cü il ərzində ölkənin meyvə və tərəvəz ixracıidxalı dəyər ifadəsində 2,5 dəfə, həcm ifadəsində isə 1,8 dəfədənçox üstələyib.

Seçilən
14
47
az.trend.az

10Mənbələr