“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti sınağına çıxacaq.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 7-ci tur çərçivəsində doğma meydanda Rumıniyanın FCSB koollektivi ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 21:45-də start götürəcək. Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
“Qarabağ” 6 turdan sonra 3 xalla 36 komanda arasında 33-cü yerdə qərarlaşıb. Rumıniya təmsilçisinin isə 11 xalı var və 10-cu pillədədir. FCSB əvvəlki 6 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib və cəmi 1 məğlubiyyət görüb. Ağdam klubu bu matçda uduzsa, növbəti mərhələ şansı qalmayacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi
23 yanvar
21:45. “Qarabağ” – FCSB (Rumıniya)
Baş hakim: Filip Qlova (Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu