Atəşkəs razılaşması qüvvəyə mindikdən sonra Qəzza zolağındakı binaların dağıntıları altından 162 fələstinlinin cəsədi çıxarılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qəzzada Mülki Müdafiə qüvvələrindən verilən açıqlamada, bölgədə hücumlardan sonra xarabalığa çevrilən binaların altından daha 9 nəfərin nəşi tapıldığı bildirilib.
Bəyanatda atəşkəsin qüvvəyə mindiyi gündən indiyədək ümumilikdə dağıntılar altından çıxarılan cəsədlərin sayının 162-yə çatdığı bildirilib.
Açıqlamada bölgədə bombardman edilərək dağıntılara çevrilən binaların altında minlərlə cəsədin olduğu, lakin ağır inşaat maşınlarının olmaması mülki müdafiə qruplarının işini çətinləşdirdiyi qeyd olunub.
Cəmalə