AZ

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini aşağı saldı


Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 250 bənd aşağı salaraq, 47,5%-dən 45%-ə endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bankın Pul Siyasəti Komitəsinin bu il keçirilən ilk iclasının yekunlarına dair məlumatında bildirilib.
“Komitə uçot dərəcəsini 45%-ə endirmək qərarına gəlib”, - deyə məlumatda qeyd olunub.
Məlumata görə, 2024-cü ilin dekabr ayının sonunda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini demək olar ki, iki ildən sonra ilk dəfə - 50%-dən 47,5%-ə endirib.
Bank 2024-cü ilin mart ayından etibarən əsas faiz dərəcəsini 50% səviyyəsində saxlayıb. Əvvəlki azalma isə 2023-cü ilin fevralında qeydə alınıb.
Məlumata görə, Mərkəzi Bankın sərt pul siyasəti inflyasiyada daimi azalma əldə olunana və qiymət sabitliyi təmin olunana qədər davam etdiriləcək
Seçilən
50
20
yeniavaz.com

10Mənbələr