O qeyd edib ki, Rusiya silahlı qüvvələri 2026-cı ilə qədər çox güman ki, 1,5 milyon əsgərə qədər artacaq. Bu səbəbdən Avropanın 2029-cu ilə qədər müdafiə qabiliyyətini təmin etməsi xüsusilə vacibdir.
Mövzu ilə bağlı Demokrat.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Almaniya müdafiə nazirinin belə bir fikir səsləndirdiyi birinci dəfə deyil:
“O bir müddət öncə də buna oxşar ifadələr işlətmişdi. Təbii ki, Rusiya-Ukrayna müharibəsinin nəticələri gələcəkdə Avropa təhlükəsiz arxitekturası ilə bağlı məsələyə çox ciddi təsir edəcək. Əgər Rusiya doğrudan da Ukraynada qələbə çalarsa və hədəflərinin ən azı müəyyən bir hissəsinə çatarsa, gələcəkdə Avropa istiqamətində yeni əraziləri nəzarət almaq üçün hərəkətə keçə bilər. İlk növbədə bu Baltik yanı ölkələr Finlandiya və Polşa ola bilər”.
Politoloq qeyd edib ki, belə bir təhlükəni Rumıniya da yaşaya bilər:
“Amma, bunlar ehtimallardır və hazırda biz Rusiya-Ukrayna müharibəsinin gedişindən görürük ki, heç də məsələlər Rusiyanın arzuladığı və planladığı kimi getmir. Doğrudur, Rusiya Ukrayna ərazilərinin təxminən 20 %-ini ələ keçirib. Bir çox Avropa ölkələri Rusiya təhlükəsi ilə bağlı məsələlərdə heç də adekvat davranmırlar və onlar hesab edirlər ki, Ukraynadakı savaş onların məsələsi deyil və gələcək təhlükədən özlərini sığortalamış kimi görürlər. Nəzərə alsaq ki, Amerika prezidenti Donald Tramp da hələ seçki kampaniyası dövründən Avropadakı müttəfiqlərinə özlərinin müdafiə xərclərini, ümumi daxili məhsulun 5 %-ə qədər artırılması tələbini önə sürüb. Bu olmayacağı təqdirdə amerikalıların onların əvəzinə təhlükəsiz məsələlərini həll etməyəcəyini qeyd edib. Bu da Avropa üçün müəyyən sıxıntılar, eyni zamanda çağırışlar deməkdir. Ona görə də hazırda Avropanın aparıcı ölkələrindən biri kimi Almaniya da bu məsələnin ciddiyyətini anlayır. Avropa ölkələrinə bu cür mesajlar verməklə müdafiə xərclərini artırmaq və Avropanın özünü müdafiə etməsi ilə bağlı məsələlərdə çevik davranmaları istənilir. Rusiyanın gələcəkdə Avropada hansısa bir işğala əl atması Ukraynadakı savaşın yekunundan asılı olacaq. Əgər Ukraynada məsələlər Rusiyanın istədiyi kimi getməsə və Amerika Prezidentinin də açıqladığı kimi Rusiya konstruktiv davranmasa onda başqa tədbirlər görüləcək deyə müəyyən qədər sərt xəbərdarlıqda olunub. Əgər Rusiya zəiflədiləcəksə o zaman Avropanın təhlükəsizliklə bağlı narahatlıqları da ortadan qalxa bilər”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
oxu24.comNorveç Rusiya ilə sərhəddə hərbi mövcudluğunu artırdığını açıqlayıb ( 15124851)
-
moderator.az"Hələ Ukraynaya təcavüzünün ilk günlərindən dedim ki, Rusiya artıq o müharibəni siyasi, iqtisadi və hərbi cəhətdən uduzub...” ( 15124107)
-
moderator.azMoskva Bakı ilə münasibətləri niyə gərginləşdirir? - ŞOK TƏFƏRRÜAT ( 15106951)
-
oxu24.comAlmaniya Ukraynaya sülhməramlılar göndərilməsi ilə bağlı bəyanat verib ( 15097503)
-
moderator.azUkrayna mövcudluğunu dayandıra bilər? - Hərbi kəşfiyyatın rəhbərindən xəbərdarlıq ( 15090919)
-
sfera.azDonald Trampın Rusiya planı: İqtisadi böhran və sülh ( 15061987)
-
modern.azABŞ və Rusiya prezidentləri nəyi müzakirə edəcəklər? - Detallar ( 15048411)
-
oxu24.comAlmaniya Rusiya donanmasına CAVAB HAZIRLAYIR ( 15050061)
-
sfera.azNüvə müharibəsi başlayır? - Rusiya ilə NATO... ( 15029271)
-
oxu24.comAİ Dəməşqdən Rusiya hərbi bazalarını ləğv etməyi tələb edir ( 15019467)