AZ

“ByteDance” süni intellekt modeli təqdim etdi - “OpenAI” ilə rəqabət aparacaq

“ByteDance” yeni süni intellekt modeli "Doubao-1.5-pro"nu elan edib.

Valyuta.az-ın məlumatına görə, düşüncəli süni intellekt modeli “OpenAI”-nin “o1 “modeli ilə rəqabət aparmaq üçün hazırlanıb.

Bu süni intellekt modeli Çinin DeepSeek startapı ilə əməkdaşlıqda hazırlanıb. Bundan əlavə, şirkət “Doubao-1.5-pro”nun süni intellekt modelləri üçün sınaq olan “AIME”də daha yaxşı performans göstərdiyini açıqlayıb.

Çin şirkətləri süni intellekt sektorunda çox rəqabətlidir. Qiymətlər “OpenAI” kimi şirkətlərin təklif etdiyi qiymətlərlə müqayisədə olduqca münasibdir. Belə görünür ki, Çin “AI” modellərinin qlobal mövcudluğu sektordakı tarazlığı dəyişdirə və “OpenAI” kimi şirkətlərin inhisarını poza bilər.

Əvəz Həsənov

Seçilən
77
24
valyuta.az

10Mənbələr