AZ

Trampın işə bağladığı ilk günlərdə ABŞ sərhədini qanunsuz keçənlərin sayı kəskin azalıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də Prezident Donald Trampın administrasiyasının ilk iş günlərində cənub sərhədini keçən qeyri-qanuni mühacirlərin sayı kəskin şəkildə azalıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fox News" telekanalı ölkənin Daxili Təhlükəsizlik Nazirliyindəki mənbələrə istinadən məlumat verib.
Qeyd edilib ki, Tramp administrasiyasının ilk üç günündə Meksika ilə sərhədi qeyri-qanuni keçənlərin sayı Bayden administrasiyasının son üç gününə nisbətən 35% azalıb.
Yanvarın 17-dən 19-dək 3908 keçid halı aşkar edilib. Yanvarın 19-da 1354 miqrant ABŞ-yə qeyri-qanuni yollarla daxil olub və saxlanılıb.
2025-ci il yanvarın 20-dən 22-nə qədər qanunsuz keçənlərin sayı 2523 nəfər olub. Eyni zamanda yanvarın 20-də 1073, 21-də 736, 22-də isə 714 nəfər qeyri-qanuni yollarla ABŞ-yə daxil olub.
Seçilən
25
50
oxu.az

10Mənbələr