AZ

Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb

Türkiyədə Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğında 36-ı uşaq ölüb.  Bu barədə "CNN Türk" məlumat yayıb.

Nəşrin  məlumatına görə, ölən 78 nəfərin hamısının şəxsiyyəti müəyyənləşib.
 
Yanvarın 21-də Türkiyənin Bolu vilayətində məşhur Kartalkaya xizək kurortunda yerləşən Grand Kartal otelində dəhşətli yanğın baş verib.
 
Yanğın zamanı 12 mərtəbəli binada 238 qonaq olub, o cümlədən məktəb tətilində tətilə gələn uşaqlı ailələr.
 
Oteldə baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində Bolu bələdiyyə sədrinin müavini, əyalət yanğınsöndürmə xidmətinin müdir müavini və otel sahibi də daxil olmaqla 11 nəfər saxlanılıb. Türkiyədə baş verən yanğınla bağlı yanvarın 22-də ölkədə matəm elan olunub.
 
Aytac

www.anews.az
Seçilən
29
50
anews.az

10Mənbələr