AZ

“Şahdəniz" qaz-kondensat yatağında yeni platforma tikiləcək

Bakı, 24 yanvar, AZƏRTAC

bp Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında yeni platforma tikəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında bp Azerbaijan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

O qeyd edib ki, həmin platforma insan iştirakı olmadan fəaliyyət göstərəcək.

“Alpha” və “Bravo” platformalarından gələn aşağıtəzyiqli qaz burada toplanacaq və təzyiq artdıqdan sonra Səngəçal terminalına ötürüləcək”, - deyə o bildirib.

Qeyd edək ki, yeni platformanın tikintisi layihəsi gələn həftə ictimaiyyətə təqdim ediləcək, həmçinin yekun maliyyə qərarı bu il qəbul ediləcək.

Seçilən
17
50
azertag.az

10Mənbələr