AZ

Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanın Qərbin “oyuncağına” çevrilməyəcəyinə əminliyini ifadə edib

Qərb ölkələri Gürcüstan xalqının və hakimiyyətinin seçimini dəyişmək üçün hər şeyi edir, ultimatumlar verirlər, lakin Moskva hesab edir ki, Tbilisinin Qərbin “oyuncağı”na çevrilməmək üçün kifayət qədər dözümü olacaq.

 

Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

“Onlar Tbilisiyə ultimatum təqdim edirlər: ya Qərblə, ya da Rusiya ilə. Biz əminik ki, Gürcüstan xalqı ölkəni iqtisadi və siyasi qeyri-sabitliyə sürükləyən başqalarının əlində oyuncağa çevrilməmək üçün kifayət qədər dözümlülük və müdrikliyə malik olacaq”, - bəyanatda deyilir.

 

Yanvarın 24-də Avropa İttifaqına üzv olan 27 ölkənin daimi nümayəndələri iclas zamanı gürcü diplomatları üçün vizasız rejimin dayandırılması barədə qərarı təsdiqləyiblər.

 

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili daha əvvəl bəyan etmişdi ki, bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) onun dayandırılması tələbinə baxmayaraq, Gürcüstan Avropa ilə vizasız rejimi saxlayacaq.

 

Bundan əvvəl Gürcüstanın baş naziri Fikonun Slovakiyadakı çevrilişlə bağlı bəyanatını dəstəkləyib.

 

Nigar

 

Seçilən
11
50
oxu24.com

10Mənbələr