Ötən il Azərbaycan 3,4 milyard ABŞ dolları dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, eləcə də bijuteriya və sikkələr idxal edib.
"Operativ Media"nın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 60 dəfə çoxdur.
Belə ki, 2023-cü ildə Azərbaycana 56 milyon ABŞ dolları dəyərində sözügedən məmulatlar idxal edilmişdi.Ötən il gətirilən təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, eləcə də bijuteriya və sikkələrin ölkənin ümumi idxalındakı payı 15,98%-ə bərabər olub.