![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/8/15/1/da4ce675-311c-42ce-8d76-ffa5094eca1c/kilian-mbappe.jpg)
İspaniya çempionatının 21-ci turunda lider “Real Madrid” səfərdə “Valyadolid”lə qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, “Kral klubu” liqanın sonuncusuna 0:3 hesabla qalib gəlib.
Qolların hər üçün fransalı hücumçu Kilian Mbappe vurub.
Bununla da, o, “Real Madrid”ə transferindən sonra ilk dəfə het-trik edib.
Qeyd edək ki, “Real” 49 xalla turnir cədvəlinə başçılıq edir, “Valyadolid” isə 15 xalla sonuncudur.