2024-cü ildə Gürcüstan Rusiyaya 182,6 milyon ABŞ dolları dəyərində şərab ixrac edib ki, bu da ikitərəfli ticarətdə yeni rekord olub.
Bbu, yerli statistika xidmətinin məlumatlarının təhlilindən məlum olub.
Ötən il Rusiya Gürcüstandan şərab idxalına çəkdiyi xərci 8,5 % artırıb.
İllik idxalın həcmi 66,7 min ton təşkil edib. Bu, əvvəlki illə müqayisədə 7 % çox olsa da, 2022-ci ilin təxminən 70 min tonluq tarixi maksimumuna hələ çatmayıb.
Rusiya on ildən çoxdur ki, gürcü şərabının əsas alıcısı olaraq qalır – keçən il Gürcüstan ixracatının üçdə ikisi məhz Rusiyanın payına düşüb.
İkinci yeri Polşa tutub, bu ölkə gürcü şərabının idxalını 10,3 % artıraraq 16,6 milyon dollara çatdırıb. İlk üçlüyü Ukrayna tamamlayır, il ərzində idxalını 14 % azaldaraq 12,5 milyon dollara endirib. İlk beşliyə həmçinin Qazaxıstan (10,7 milyon dollar) və Çin (9,2 milyon) daxildir.
Ümumilikdə, Gürcüstan keçən il xaricə 94,7 min ton şərab ixrac edib (əvvəlki il 89,5 min ton) – bu, ölkənin müasir tarixində ikinci ən yüksək göstərici olub. İxracatın dəyəri təxminən 276 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,5 % çoxdur.
© “Report”