AZ

Zelenskinin Azərbaycan qazının tranziti ideyası sərt tənqid edilib - ÖZƏL

İstintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski hesab edir ki, Ukrayna qaz kəmərində yalnız Rusiya qazı ola bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.

Ukrayna prezidenti Vladimir Zelenskinin son bəyanatlarını şərh edən Dubinski deyib ki, Ukrayna boru kəmərində Azərbaycan qazı ola bilməz, yalnız Rusiya qazı var.

"Sadəcə fiziki səbəblərə görə - Azərbaycandan boru Rusiya Federasiyasına daxil olur. Yəni, Azərbaycan öz qazını Rusiya Federasiyasına, Rusiya Federasiyası da bizə analoji həcmdə üfürür", - deyə Dubinski yazıb.

Bu baxımdan o hesab edir ki, Zelenski növbəti dəfə ictimaiyyəti çaşdırmağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
50
olaylar.az

10Mənbələr