Avropa Komissiyası (AK) Ukrayna ərazisi vasitəsilə Avropaya qaz nəqli ilə bağlı Ukrayna ilə danışıqları davam etdirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AK-nin bəyanatına istinadən "Reuters" agentliyi məlumat yayıb.
"Komissiya Ukrayna ilə Ukrayna qaz kəmərləri sistemi vasitəsilə Avropaya qaz tədarükünün müzakirəsini davam etdirməyə hazırdır. Komissiya Macarıstanı Slovakiya ilə birlikdə bu prosesə cəlb etməyə hazırdır", - agentliyin sitat gətirdiyi bəyanatda deyilir.