AZ

Bir həftəlik tətil BAŞLADI: Şagirdlər istirahət etməli, yoxsa dərs oxumalı? – AÇIQLAMA  

Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayıb. Tətil 27-31 yanvar tarixlərini (5 gün) əhatə edəcək. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Onu da əlavə edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 3 fevral, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk iş günüdür.

Bir həftəlik tətil BAŞLADI: <span style=color:red>Şagirdlər istirahət etməli, yoxsa dərs oxumalı? - AÇIQLAMA  

Maraqlıdır, tətil günlərində şagirdlər dərslə məşğul olmalı, keçirilən dərsləri təkrarlamalı, yoxsa istirahət etməlidirlər? Məktəblilərin qış tətili necə təşkil olunmalıdır? Bu dövrdə valideynin və şagirdin üzərinə hansı məsuliyyət düşür?

Mövzu ilə bağlı Medianews.az-a danışan Əməkdar müəllim Almaz Həsrət bildirib ki, 27-31 yanvar tarixlərini əhatə edəcək qış tətili dövründə müəllimlər yenə təhsil müəssisələrində öz ənənəvi işləri ilə məşğul olacaqlar.

Bir həftəlik tətil BAŞLADI: <span style=color:red>Şagirdlər istirahət etməli, yoxsa dərs oxumalı? - AÇIQLAMA  

Onun sözlərinə görə, müəllimlər birinci tədris ili ərzində şagirdlərin KSQ və BSQ-lərinin, yəni imtahan qiymətlərinin, olimpiadaların iştirakçılarının keyfiyyət göstəricilərinin ölçülməsi, qiymətləndirilməsi istiqamətində müvafiq işlər görəcəklər: “Bu baxımdan qış tətili müəllimlər üçün bir növ fürsətdir. Müəllimlər artıq məktəbdə sərbəst olaraq bütün hesabatlarının hazırlanması işinə hədəflənirlər. Əsas hədəflərdən biri keyfiyyət göstəricilərinin hamısının hesabatının hazırlanması  ilə məktəbdə şagirdlərin inkişafının trayektoriyalarının müəyyənləşdirilməsidir. Yəni, hansı fənlərdən irəliləyişin, yaxud geriləmənin olmasını aydınlaşdırmaq üçün əlavə bir imkandır. Məsələyə bu aspektdən yanaşsaq, məktəb tətilləri müəllimlər üçün də müsbət hadisədir. Ancaq şagirdlərə gəldikdə, təbii ki, onlar da gərgin dərs rejimi ilə əlaqədar bir növ dincəlirlər. Gərginlik deyərkən, şagirdlərin 15 sentyabrdan etibarən dərsə gəlmələri, davamiyyətləri, KSQ-lər, tədrislə əlaqədar uyğun layihələrə qatılmaları, tədrisdə iştirakla bərabər, onların olimpiadalarda iştirakları və sairi nəzərdə tuturam. Bu cür mütəmadi fəaliyyətdən sonra, heç olmasa şagirdlərin dinclik dönəmi gəlir”.

Bir həftəlik tətil BAŞLADI: <span style=color:red>Şagirdlər istirahət etməli, yoxsa dərs oxumalı? - AÇIQLAMA  

Əməkdar müəllim vurğulayıb ki, şagirdlər bir həftəlik tətil vaxtından səmərəli şəkildə istifadə etməlidirlər: “Buna dəstək olan onların böyükləridir. Yəni, böyüklər şagirdlərin tətil müddətinin daha səmərəli keçirilməsi istiqamətində çox düzgün yol xəritəsi cızmalıdırlar. Bu nədən ibarət olmalıdır? Birinci növbədə elə sinif rəhbərlərimiz var ki, artıq şagirdləri müəyyən tamaşalara, filmlərə, muzeylərə yönəltməklə, hansısa gün və tarixi əvvəlcədən müəyyənləşdiriblər. Onlar şagirdlərin istirahət günlərini daha səmərəli keçirməsi üçün məktəbliləri mədəniyyət ocaqlarına  yönəldiblər. Elə sinif və fənn müəllimləri var ki, şagirdlərə müəyyən kitabların oxunmasını tapşırıblar. Şagirdlər tətildən qayıtdıqdan sonra həmin kitabların müzakirələri aparılacaq. Şagirdlərin tətil vaxtından səmərəli istifadəsi, tədrisdən soyumamaları, daha geniş bilgilər əldə etmələri, özünüinkişafa diqqət yetirmələri üçün müəllimlərin xüsusi tapşırıq və tövsiyələri zəruridir. Bu mənada qış tətilində müəllimlərin də, valideynlərin də üzərinə məsuliyyət düşür. Şagirdlərlə yanaşı, valideynlər də məktəblilərin qış tətilinin qurulması istiqamətində təhsil müəssisələrinə dəstək olmalıdırlar. Misal üçün, şagirdlər tez-tez təbiətə çıxsalar, müəyyən bölgələrə səfər etsələr, bu gəzintilər onların dünyagörüşünün artmasına, ünsiyyətlərinin zənginləşməsinə, əlavə məlumat toplamalarına müsbət təsir edər. Tətil həm də ailə birliklərinin yenidən bərpa olunmasına köməklik göstərir. Şagirdlər öz valideynləri, böyükləri ilə gündəlik olaraq ünsiyyətdə qalırlarsa, bunun özü də müsbət hadisədir. Onlar il boyu nəyi əldə edə biliblərsə, onları valideynlərinin ünsiyyəti, dəstəyi, diqqəti və qayğısı ilə də əldə ediblər. Bunun özü şagirdin inkişafına müsbət təsir göstərən məqamdır”.

Nailə QASIMOVA

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.

Bir həftəlik tətil BAŞLADI: <span style=color:red>Şagirdlər istirahət etməli, yoxsa dərs oxumalı? - AÇIQLAMA  

Seçilən
9
50
medianews.az

10Mənbələr