HƏMAS yanvarın 31-dək əlavə mübadilə çərçivəsində Qəzza zolağında saxlanılan daha dörd girovu azad etmək niyyətini təsdiq edib.
"Yeni Azərbaycan" TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında dərc olunan məlumatda bildirilib.
"HƏMAS yanvarın 31-dək israilli girovları əhatə edən əlavə mübadiləni nəzərdə tutan təklifi İsrail tərəfinə təqdim edib", - mətndə bildirib.
Bəyanata əsasən, fevralın 1-i üç İsrail girovunun mübadiləsinə dair planlar dəyişməz qalır.
O da qeyd olunur ki, öz növbəsində İsrail hakimiyyəti fələstinlilərin Qəzzanın şimalına qayıtması prosesinin yanvarın 27-də səhər başlamasına razılıq verib.
Havar Şəfiyeva