Birinci liqa təmsilçisi "İmişli" iki futbolçusu ilə yollarını ayırıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar müdafiəçi Tərlan Quliyev və hücumçu Bahadur Həziyevdir.
Hər iki futbolçu ötən ilin yayından "İmişli"də çıxış edirdi. Bahdur Həziyev mövsümün əvvəlində "Şamaxı"dan icarə əsasında "İmişli"yə keçmişdi.
Azərbaycan millisinin sabiq üzvü Tərlan Quliyev "Neftçi", "Qarabağ", "Kəpəz" "Sumqayıt"da da oynayıb.