AZ

Son 40 il ərzində ABŞ çoxlu müharibələr aparıb, lakin bir dəfə də olsun qalib gəlməyib

ABŞ-ın vitse-prezidenti J.D.Vens izah edib ki, “Fox News”un keçmiş aparıcısı Pit Heqsetin Pentaqon rəhbəri təyin edilməsi ABŞ silahlı qüvvələrindəki problemlərin həlli üçün zəruridir.

O qeyd edib ki, son 40 il ərzində ABŞ çoxlu müharibələr aparıb, lakin bir dəfə də olsun qalib gəlməyib.

CBS telekanalına müsahibəsində Vensdən təyinatına bir çox senatorların etiraz etdiyi keçmiş teleaparıcının müdafiə departamentinə uğurla rəhbərlik edə biləcəyi- bilməyəcəyi soruşulub. Vitse-prezident cavab verib ki, Heqset “qəlib qıran”dır və indi Pentaqonun fəaliyyətində “böyük dəyişikliklərə” ehtiyac var. “Bütün bu iki partiyalı səslər haqqında düşünəndə özümüzə sual verməliyik ki, onlar bizə nə verdilər? Onlar bizə elə bir ölkə verdilər ki, biz son 40 ildə çoxlu müharibələr aparmışıq, amma bütün heç bir qələbə qazanmamışıq. Bizə ciddi kadr böhranı, satınalma qiymətləri ilə bağlı problemlər olan bir ordu veriblər, buna görə də biz milyardlarla və milyardlarla dollara təyyarə alırıq, xərclər dəhşətli dərəcədə bahalaşır, çatdırılmalar gecikir”, – J.D.Vans sadalayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
50
editor.az

10Mənbələr