AZ

Slovakiya tarixində ilk: Polisə qadın rəhbər təyin olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Slovakiyada qadın general Yana Maşkarova polisə yeni rəhbər təyin edilib.
Oxu.Az-ın "Nsn.fm"ə istinadən xəbərinə görə, bu barədə Slovakiya Daxili İşlər Nazirliyinin rəhbəri Matuş Şutai-Eştok məlumat verib.
Məlumata görə, ölkə tarixində ilk dəfə olaraq bu quruma qadın rəhbərlik edəcək.
"Slovakiya polisi tarixində ilk dəfə olaraq qadın rəhbər təyin etmək mənim üçün şərəfdir", - deyə nazir vurğulayıb.
2023-cü ilin noyabr ayından quruma rəhbərlik edən əvvəlki polis rəhbəri Lyubomir Solak isə bu ayın ortalarında Spişska Stara Ves şəhərində gimnaziyaya silahlı hücumdan sonra istefa verib. O zaman 18 yaşlı gənc tədris müəssisəsindəki insanlara bıçaqla hücum etmiş və 2 nəfər həlak olmuşdu.
Seçilən
44
25
oxu.az

10Mənbələr