1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Çinin "DeepSeek" şirkətinin eyni adlı tətbiqi Çin, ABŞ, Böyük Britaniya və BƏƏ də daxil olmaqla, dünya ölkələrinin siyahısında "AppStore" mağazalarında tətbiqlərin reytinqlərinə başçılıq edir.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
"DeepSeek" 2023-cü ildə süni intellektlə işləyən məhsullarını buraxmağa başlayıb, lakin yanvarın 20-də "ChatGPT"dən daha üstün olduğu deyilən yeni R1 versiyasının buraxılmasından sonra şirkət ictimaiyyətin diqqətini çəkib.
Tətbiq Almaniya, Səudiyyə Ərəbistanı, Fransa, Türkiyə, Niderland və Yaponiya da daxil olmaqla bir sıra ölkələrdə ən populyar beşliyə daxildir.
"DeepSeek" çatbotu yeni versiyasının buraxılmasından sonra Qərb sosial şəbəkələrində müzakirələrə səbəb olub.