AZ

BMT-nin baş katibi ABŞ-nin xarici yardımı dayandırmasından narahatdır

BMT-nin baş katibi Antonio Quterreş ABŞ-nin xarici yardımı dayandırmaq qərarından narahatlığını ifadə edib.

BEY.AZ TASS-a istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik brifinqdə bildirib.

“Baş katib ABŞ-nin xarici yardımının dayandırılması ilə bağlı elanı narahatlıqla qeyd edir. O, həyatları və dolanışıqları onlardan asılı olan dünyanın ən həssas icmalarına kritik inkişaf və humanitar proqramların çatdırılmasını təmin etmək üçün əlavə güzəştlərin nəzərdən keçirilməsinə çağırır”, – o bildirib.

Quterreş inkişaf etməkdə olan ölkələrdə ən çətin problemlərlə üzləşən insanlara həyati əhəmiyyətli yardımı davam etdirmək üçün ABŞ-nin yeni administrasiyası ilə işləməyə ümid etdiyini bildirib. “Birləşmiş Ştatlar ən böyük yardım təminatçılarından biri olaraq qalır və irəliyə doğru strateji yolu birgə formalaşdırmaq üçün konstruktiv işləməyimiz çox vacibdir” – Dujarrik deyib.

Xatırladaq ki, keçən həftə “Politico” xəbər verdi ki, ABŞ dövlət katibi Marko Rubio, demək olar ki, bütün xarici yardım proqramlarının dərhal 90 günlük dondurulmasını əmr edib. Qəzetin yazdığına görə, sənəd “təfsir üçün yer” buraxır və “bəzi istisnalar nəzərdə tutur”. Xüsusilə, İsrail və Misir üçün hərbi maliyyələşdirmə proqramları davam etdiriləcək. Eyni zamanda qəzetin mənbələri bu tədbirlərin Ukrayna, İordaniya və Tayvan adasına yardımın dayandırılması ilə nəticələnəcəyini bildirib. Maliyyələşdirmə proqramlarını davam etdirmək, dəyişdirmək və ya dayandırmaq barədə qərarlar dövlət katibinin nəzərdən keçirməsinə əsaslanacaq.

Turan İSMAYIL

Seçilən
49
50
Bey.az

10Mənbələr