AZ

Azərbaycan nefti 1 dollardan çox UCUZLAŞDI

  "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,02 ABŞ dolları ucuzlaşıb.

Referans.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,02 ABŞ dolları, yaxud 1,27 % azalaraq 79,48 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Seçilən
2
50
referans.az

10Mənbələr