AZ

Ali məktəbə qəbul olmaq üçün imtahan verməyə hazırlaşan Həsənin həyatı bir anda alt-üst oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



17 yaşlı yeniyetmə ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun atası İslam Əkbərov məlumat verib.
Bildirib ki, oğlu Həsən bir neçə həftə bundan əvvəl ağır qrip keçirib:
"Onun rəngi çox solğun idi. Biz düşünürdük ki, qripdəndir. Yəqin sağalanda düzələcək. Amma düzəlmədi. Biz də onu götürüb Cəlilabaddakı xəstəxanalardan birinə apardıq. Orada bildirdilər ki, Həsən təcili Bakıya getməlidir. Biz də oğlumuzu götürüb Bakıya gəldik.
Burada ilik xərçəngi olduğunu öyrəndik. Yoldaşım da, özüm də əkin-biçinlə məşğuluq. İmkansızlıqdan Həsənə ali məktəbə qəbul ola bilməsi üçün dəstək ola bilməsək də, müəllimləri onu təmənnasız imtahanlara hazırlayırdılar. Həsən əlaçıdır. Dərslərini çox yaxşı oxuyurdu. 11-ci sinif şagirdidir. Bu il sənəd verib universitetə qəbul olmaq üçün çalışırdı.
Xalqımdan xahiş edirəm bizə dəstək olsunlar. Mənim bir qızım, bir oğlum var. Qızımdan analiz götürülüb. Əgər cavablar donor üçün uyğun olsa, Həsən təcili əməliyyat ediləcək. Hazırda kimyaterapiya qəbul edir. Hazırkı vəziyyətdə bizə 5000 manat pul lazımdır".
Ailə ilə əlaqə: (050) 442-11-91.
Kart hesabı: 4169 7388 2971 5287.
Seçilən
10
50
oxu.az

10Mənbələr