AZ

Ötən il Azərbaycana kərə yağı idxalı, istehsalı üstələyib

2024-cü il ərzində Azərbaycana 173 milyon 604 min ABŞ dolları dəyərində 29 min 611 ton kərə yağı idxal edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, kərə yağı idxalı əvvəlki illə müqayisədə dəyər baxımından 87.8% və ya 81.2 milyon ABŞ dolları, həcm baxımından isə 78.4% və ya 13 014 ton artıb. Belə ki, 2023-cü ildə Azərbaycana 92 milyon 416 min ABŞ dolları dəyərində 16 596.5 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Xatırladaq ki, hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.82% təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə ötən il ölkədə 29 064 ton kərə yağı istehsal edilib. Bu göstərici 2023-cü illə müqayisədə 7.9% çoxdur. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı idxalı, istehsaldan 547 ton çox olub.

Qeyd edək ki, ötən il Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 22.39 manat, yerli kərə yağının isə orta satış qiyməti 20.45 manat təşkil edib.

Seçilən
5
47
apa.az

10Mənbələr