AZ

Paşinyan özünü "dəliliyə" vurub?

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın İsveçrənin Sürixşəhərində erməni diasporasının nümayəndələri qarşısında çıxışıErmənistanın milli kimliyinə ciddi çağırış və İrəvanda genişrezonans doğuran kəskin tənqidlərə səbəb oldu. Paşinyan özçıxışında erməni xalqı üçün ən ağrılı mövzulardan biri olan -Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı qondarma“soyqırım” məsələsinə toxundu.

Paşinyan iddia etdi ki, artıq bir əsrdən çoxdur səsləndirilənqondarma “soyqırım” ittihamları soyuq müharibə şəraitində Moskvanıntəşəbbüsü ilə ortaya atılmış siyasi konstruksiya ola bilər.Ermənilərin şikəst "milli yaddaş"ının və saxtakar "kimliyin"fundamental aspektlərinə toxunan bu cür bəyanat mövcud narrativəmeydan oxumaq kimi səsləndi.

"1939-cu ildə "erməni soyqırımı" gündəmi niyə yox idi? 1950-ciildə bu gündəm niyə ortaya çıxdı? Niyə belə oldu? Biz bunu başadüşməliyik, yoxsa yox? Biz bu mövzularla bağlı mövqe tutmalıyıq,yoxsa yox? Biz öz kimliyimizi idarə edirik, yoxsa yox? Bunlarhaqqında danışmaq lazım olan suallardır. Bunlar bizim problemlərihəll etmək üçün anlamalı olduğumuz fundamental suallardır. Biztariximizi başa düşməliyik, kimliyimizi anlamalıyıq", - deyəPaşinyan bildirib.

N.Paşinyanın Sürixdə erməni diasporası qarşısında çıxışı sadəcənövbəti siyasi bəyanat deyildi. Onun açıqlaması Ermənistanın millikimliyinin təməl prinsiplərinə çağırış, 1915-ci il hadisələri iləbağlı uzun illər formalaşmış tarixi narrativlərə zərbə idi.Paşinyanın “soyqırım” konsepsiyasının Moskvanın geosiyasi aləti olabiləcəyi barədə dedikləri təsadüfi bəyanatdırmı? Əsla - ermənilərinson 111 ildə vurnuxduqları mifoloji tələdən çıxmaq cəhdi idi.

Əsrlər boyu "qurban" narrativi ilə bəslənən ermənilər bu günmüqəddəs hesab edilən mövzunu açıq şəkildə sorğulayan bir baş nazirilə qarşı-qarşıyadır. Onun bu cür çağırışı təkcə keçmişin tənqidideyil, milli siyasətin mərkəzində qurulmuş bir mifin məhv edilməsikimi hesab edirlər.

Paşinyanın dediyinə görə, soyqırım diskursu II Dünyamüharibəsindən sonra Moskvanın təşəbbüsü ilə yaranıb. Bununla da o,erməni faciəsini onun müstəqil mənasından məhrum edərək soyuqmüharibənin alətinə çevrilmiş bir hadisə kimi təqdim edir. Bundanəlavə, o, çar Rusiyasının saxta vədlərlə erməniləri taleyin ümidinəburaxıb, onları öz siyasi oyunlarının qurbanına çevirdiyini iddiaedir.

Fəqət erməniləri ən çox qəzəbləndirən bunlar deyildi. Onun1915-ci il hadisələri ilə bağlı müasir Türkiyənin məsuliyyətdaşımadığı barədə dedikləri, bu faciəni erməni kimliyinin mərkəzihesab edənlər üçün açıq-aşkar bir zərbə oldu. Ankaraylamünasibətləri normallaşdırmağa çalışan Paşinyanın belə bəyanatları,təslimiyyət aktı kimi qəbul edilir.

Çünki Ermənistanda ilk dəfədir ki, lider bu qədər cəsarətləonilliklər boyu erməni siyasi gündəmini müəyyənləşdirən "müqəddəs"miflərə meydan oxudu. Onun qondarma “erməni soyqırımı”konsepsiyasının Moskvanın geosiyasi oyunlarının bir hissəsiolduğunu deməsi, təkcə erməni cəmiyyətini silkələdi, həm dəErmənistanın keçmiş mifologiyaya əsaslanan mövcud strategiyasınışübhə altına aldı.

Həmişə populist ritorikası ilə tanınan Paşinyan bu dəfə öztənqidçilərinin belə gözlədiyindən daha irəli getdi. Özbəyanatlarında o, 1915-ci il faciəsini yenidən şərh edərək, onuböyük güclərin, o cümlədən çar Rusiyasının manipulyasiyalarınınnəticəsi kimi təqdim etdi. Bundan əlavə, o, Türkiyəyə qarşı uzunillər davam edən ərazi iddialarını, xüsusən Ağrı dağına yönəlmişiddiaları Ermənistanın modernləşməsi və hərbi müdafiə gücününmöhkəmlənməsi qarşısında əsas maneə kimi göstərdi.

Paşinyan bəhs etdiyimiz məqamlarla kifayətlənməyib. Paşinyanmüasir Türkiyəyə qarşı iddiaların köhnəldiyini qeyd edərək, keçmişfaciələrin Ankara ilə münasibətlərin normallaşdırılmasına maneolmamalı olduğunu bildirdi. Ermənistanın iqtisadi təcridi getdikcədaha çox hiss olunduğu bir şəraitdə bu addım praqmatik görünəbilər. Lakin erməni diasporası və cəmiyyətin əksər hissəsi üçün bubəyanatlar açıq bir xəyanət kimi səsləndi.

Bir çox erməni üçün Ağrı dağı sadəcə coğrafi obyekt deyil. Bu,onilliklər boyu ərazi iddialarının əsası kimi istifadə olunansaxta, şikəst "milli kimlik simvolu"dur. Nikol Paşinyan ilk dəfəolaraq bu simvolun "müqəddəs" mənasını şübhə altına aldı və bəyanetdi ki, bu cür ritorik narrativlər Ermənistanın müasir dövlətquruculuğuna mane olur.

Paşinyan burada yeni yanaşma nümayiş etdirərək açıq şəkildəbildirir ki, tarixi mifologiya Ermənistana faydadan çox ziyanvurur. Onun “keçmişdən əl çəkmək” çağırışı ölkədəki dərinləşənböhrandan diqqəti yayındırmaq və diskursu gələcəyinperspektivlərinə yönəltmək cəhdidir. Lakin kimliyini “böyükitkilər” mifləri üzərində qurmuş bir cəmiyyətdə bu strategiya nədərəcədə həyata keçirilə bilər?

Paşinyanın daha çox sarsıdıcı bəyanatı isə ermənilərin uydurma“soyqırımı” mövzusunun 1950-ci illərdə Moskva tərəfindən Türkiyəyətəzyiq göstərmək üçün beynəlxalq gündəmə daxil edildiyi barədəoldu. Bu bəyanat Ermənistanın onilliklər boyu dünya ictimaiyyətindəmöhkəmləndirməyə çalışdığı diplomatik səylərə böyük bir zərbəoldu.

Paşinyanın sözləri Ermənistanın xarici siyasətinin əsasınıtəşkil edən tarixi faciə diskursunu faktiki olaraq sarsıdır. Dahada irəli gedərək, o, Türkiyə ilə danışıqlar çərçivəsində İrəvanınermənilər üçün ən ağrılı mövzuları belə siyasi kompromis naminəmüzakirə etməyə hazır olduğunu açıq şəkildə ifadə edir.

Di gəl, məzkur praqmatizm ölkə daxilində ciddi narazılıqdoğurur. Müxalifət Paşinyanı milli maraqları satmaqda ittiham edir.Diaspora onu ermənilərin tarixi kimliyini əlindən almaq cəhdindəgünahlandırır. Radikal millətçilər isə onun istefasını tələb edərəkbu addımları “qurbanların xatirəsinə hörmətsizlik” kimiqiymətləndirirlər.

Bu daxili sarsıntıların fonunda Türkiyə və Azərbaycan stratejisusqunluqlarını qoruyurlar. Ankara Paşinyanın kompromislərə hazırolduğunu görərək onunla dialoqu davam etdirməkdə maraqlıdır. LakinTürkiyənin əsas şərti Ermənistan və Azərbaycanın sülh müqaviləsiimzalamasıdır.

Azərbaycan isə İrəvana təzyiqi artıraraq revanşistambisiyalardan tamamilə imtina etməsini tələb edir. Paşinyanınsiyasəti kompromisə hazırlığı nümayiş etdirir, lakin o, daxilimüqavimətlə necə mübarizə aparacaq? Axı, ölkə daxilindəkiradikallar onun Qarabağ məsələsindən əl çəkməsinə və ya Türkiyəninmövcud sərhədlərini tanımasına asanlıqla imkan verməyəcəklər.

Paşinyanın Sürixdəki çıxışı onun ümumi ritorikasının yalnız birhissəsidir. Son günlərdə onun bəyanatları təkcə narazılıq deyil,həm də ciddi narahatlıq doğurur. Ermənistan İctimai Televiziyasınınefirində Azərbaycanın guya “separatçı məhbuslara psixotropdərmanlarla təzyiq göstərdiyi” iddiası absurddur və məğlubiyyətinqarşısında bəhanə kimi görünür.

Bu hücumların səbəbi nədir? Cavab sadədir: Paşinyan ifşalardanqorxur. O, Azərbaycanda keçiriləcək məhkəmə proseslərinin ermənisilahlı qüvvələrinin cinayətlərini – şəhərlərin atəşə tutulmasındankütləvi qətllərə qədər – üzə çıxara biləcəyini bilir. Bu faktlarİrəvanın beynəlxalq dəstəyinin son qalıqlarını da məhv edə bilər.Nəticədə Paşinyan özünü çıxılmaz vəziyyətdə hiss edərəkittihamlarla çıxış edir, bu isə gücdən daha çox zəifliyi nümayişetdirir.

Paşinyanın çıxışlarında başqa bir mövzu isə “real Ermənistan”konsepsiyasıdır. O, keçmişin romantikləşdirilməsi üzərində qurulmuş“mifik Ermənistan”la əlaqəni kəsməyə çalışır. Lakin bu cəhdlərbıçaq tiyəsi üzərində balanslaşdırmaq kimidir. O, praqmatik birdövlət qurmaq istəyir, lakin dərk edir ki, ermənilər üçün mifləronların sahib olduğu yeganə dəyərdir.

Paşinyan Ermənistanın real dövlətçiliyini möhkəmləndirməyəfokuslanmalı olduğunu dedikdə, dolayısı ilə etiraf edir ki, müasirErmənistan xarici qüvvələrin məhsuludur. Tarixi azərbaycanlıtorpaqlarının ötürülməsi, SSRİ-nin dəstəyi - bütün bunlar müasirErmənistanın təməli olub. Amma bunu açıq şəkildə etiraf etmək, sonillüziyaları məhv etmədən necə mümkün ola bilər?

Paşinyanın çıxışları təkcə onun şəxsiyyətindəki böhran deyil,eyni zamanda Ermənistanın özünün böhranıdır.

Ermənistan seçim qarşısındadır: ya miflərlə yaşamağa davamedəcək, ya da nəhayət reallıqla üz-üzə gələcək və gerçəklərləbarışacaq. Fəqət erməni cəmiyyəti buna hazırdırmı?

Daha önəmli olan isə odur ki, siyasi qazanc naminə ölkəninonilliklər boyu dayandığı irqçilik, şofinizm, nasizm sütunlarınıdağıtmağa Paşinyan hazırdır?

Paşinyan dəyişikliklərin zəruriliyini qismən də olsa, anlayır.İqtisadi blokada, ərazi problemləri və ənənəvi müttəfiqlərləmünasibətlərin pisləşməsi arasında sıxışdırılmış Ermənistan üçünqonşularla münasibətlərin normallaşdırılması və modernləşməyəyönəlmiş kurs təkcə seçim deyil, həm də yaşamaq üçün yeganəşansdır. Ölkədaxili dəstəkdən məhrum olan bu yanaşma barıtçəlləyində kibritlə oynamağa bənzəyir.

Dəqiq plan olmadan, Konstitusiyanı dəyişmədən, əraziiddialarından birdəfəlik əl çəkmədən və “qurban” ritorikasındanimtina etmədən Paşinyanın bütün səyləri boş demoqogiya kimiqalacaq. Əgər o, mifləri dağıtmağa davam edib əvəzində dəqiq vəanlaşılan gələcək strategiyasını təklif etməzsə, islahatçı olmaqəvəzinə Qərbin qarşısında "islahatçı" kimi görünməyə çalışan siyasikloun kimi yadda qalacaq.

Ermənistan uçurumun kənarındadır. Ermənilər ya uçurumun dibinəvasil olmamaq üçün geri addım atılmalı və reallıqlar qəbulolunmalı, ya da keçmişin girovluğunda qalaraq daha da dərin təcridəməhkum olmalı və uçuruma yuvarlanmalıdır. Tarix dəyişiklikdənqorxanları bağışlamır, lakin dəyişiklikləri həyata keçirərkənnəticələri nəzərə almadan hər şeyi dağıdanlara qarşı daha daamansız olur.

Paşinyan böhranı fürsətə çevirməyi bacaran lider olacaq, yoxsasiyasi volüntarist və buffonada istəkli birisi kimi qalacaq?

Buna yalnız zaman cavab verəcək. Amma bu gün risklər heç vaxtolmadığı qədər böyükdür və səhv qərarın dəyəri Ermənistan üçünfəlakətli ola bilər.

İllah da ki, şovinist ruhlu bəyanatlar və "Bakıdakı psixotroptəsir"lə bağlı marazmlar davam edərsə...

Seçilən
30
50
az.trend.az

10Mənbələr