Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Tehrana "Su-35" təyyarələrinin partiyasını çatdırması ilə bağlı məlumatı şərh etməkdən imtina edib.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, Kremlin sözçüsü mövzuya dair qısaca deyib:
"Mən bu məsələni şərh etməyəcəyəm".
Bundan əvvəl "Su-35" qırıcılarının alınmasını İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Əli Şadmani açıqlamışdı.
Telegram kanalımız