1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Əfqanıstanın din alimləri Kabildə keçirilən elmi seminarda ölkəni idarə edən şəxslərə müraciət edərək inklüziv hökumət yaratmağa və qızlar üçün məktəblər açmağa çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Tolo news" agentliyi məlumat yayıb.
Seminarda çıxış edən Əfqanıstanın nüfuzlu din xadimi Əbdülqadir Kanat islam cəmiyyətinin ehtiyac duyduğu biliklərə yiyələnmənin müsəlmanların vəzifəsi olduğunu vurğulayıb.
O, xüsusən ginekoloq və digər tibb sahələrində qadınların təhsil almasının zəruriliyini diqqətə çatdırıb.
Din xadimləri, həmçinin əfqan qadınlarını cəmiyyətdə baş verən qanun pozuntularına biganə qalmamağa, öz hüquqlarını müdafiə etməyə, islami dəyərlər və inancları uğrunda mübarizə səsləyiblər.