Fransa bu ilin I rübü ərzində Ukraynaya \"Mirage” qırıcıları göndərəcək.
Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.
\"Fransanın \"Mirage” təyyarələri yaxın vaxtlarda Ukrayna səmasında olacaq. Bu, birinci rübün sonunda baş verəcək”, - nazir bildirib.
Barro münaqişə bitdikdən sonra Fransanın Ukraynaya hərbçilərini göndərib-göndərməyəcəyi ilə bağlı suala cavab verməyib. \"Biz hərtərəfli iştiraka hazırlaşmalıyıq və burada Fransanı, Avropanı və müəyyən dərəcədə ABŞ-ni nəzərdə tuturam. Həmçinin, Ukraynada sülhə zəmanət verilməsini təmin etməliyik\", - o deyib.
///report