AZ

İki uşaq anası dəm qazından boğulub öldü

Şirvanda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

OXU24.COM-un Mil-Muğan bürosunun məlumatına görə, Şirvanda yaşayan Sabirabad rayon Şıxsalahlı kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədli Sevinc Rüstəm qızı vanna otağında dəm qazından zəhərlənib.

O, Şirvan xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, o 2 uşaq anasıdır.

Seçilən
24
6
oxu24.com

10Mənbələr