“Bələdiyyə seçkilərində ümumilikdə 71 min 209 nəfərin səsverməni müşahidə etmək hüququ var. Onların sırasına media nümayəndələri daxil deyil”.
Bakupost.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri bələdiyyə seçkilərinin başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
O qeyd edib ki, bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib. Seçkilərin müşahidəsində veb-kameralar praktikasından istifadə edildiyini deyən M.Pənahov istənilən ölkədən maraqlı tərəfin Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq seçkiləri müşahidə edə biləcəyini vurğulayıb. Bu, beynəlxalq səviyyədə Azərbaycan praktikası kimi qəbul edilir.